Kral etirazlara görə Fransaya gedə bilmədi

Böyük Britaniya kralı III Çarlzın martın 26-29-da Fransaya planlaşdırılan səfəri təxirə salınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

 

Səfərin təxirə salınmasına səbəb Frasada martın 28-də keçirilməsi planlaşdırılan etiraz aksiyasıdır. Qeyd edilib ki, səfəri vaxtı dəyişdiriləcək.

 

Qeyd edək ki, Fransada hökumətin pensiya yaşını 62-dən 64-ə qaldırması etirazlara səbəb olub. Etirazlar fonunda Emmanuel Makronun reytinqi 2019-cu ildən bəri ən aşağı səviyyəyə düşüb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə daxilində dünənki etiraz aksiyalarında 1,089 milyon insan iştirak edib.

Mənbə

Share: