Kreml Putinin 2024-cü il prezident seçkilərinə hazırlaşır…

“Seçkilər planlaşdırılan müddətlərdə və Putinin iştirakı ilə keçəcək…”

 

“2023-cü ildə regional seçkilərdə 2024-cü il üçün müxtəlif texnologiyalar və məzmunlu ideyalar işlənib hazırlamaq nəzərdə tutulur…”

 

“Seçkilər xüsusi hərbi əməliyyat, sanksiyalar, beynəlxalq münasibətlərdə eskalasiya şəraitində keçəcək…”

 

Putinin güman edilən rəqibləri RLDP-nin lideri Leonid Slutski və “Ədalətli Rusiya-Həqiqət uğrunda” partiyasının sədri Sergey Mironov olacaq…”

 

Kreml Vladimir Putinin 2024-cü il prezident kampaniyasına hazırlığa başlayıb. Rusiya Federasiyasının indiki rəhbəri hələlik öz namizədliyini irəli sürmək niyyəti barədə bəyan etməməsinə rəğmən, prezident administrasiyası hesab edir ki, seşkilər planlaşdırılan müddətlərdə və Putinin iştirakı ilə keçəcək.

 

Moderator.az xəbər verir ki, bu barədə Kremlə yaxın mənbələrə istinadən “Kommersant” qəzeti yazır.

 

2020-ci ildə Rusiya Federasiyasının Konstitusiyasına edilən dəyişikliklər onun prezident müddətlərini “sıfırlayıb” və ona 2024 və 2030-cu illərdə prezident seçilməyə imkan verib.

 

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, qarşıdakı kampaniyanın dəqiq ideoloji konturları hələ yoxdur, hərçənd, bu kampaniya birlik mövzusuna əsaslanacaq. 

 

Kreml 2023-cü ilin payızında regional seçkilərdə 2024-cü il üçün müxtəlif texnologiyalar və “məzmunlu ideyalar” işləyib hazırlamaq niyyətindədir.

 

“Bu il iş həcmimiz çox böyük olacaq. Seçkilər xüsusi hərbi əməliyyat, sanksiyalar, beynəlxalq münasibətlərdə eskalasiya şəraitində keçəcək. Bu il opponentlərin texnoloji qərarlarına baxmaq lazım gələcək. Odur ki, bu il bu və ya digər qərarları sınaqdan keçirmək üçün həqiqətən yaxşı il olacaq”, – qəzetin mənbələrindən biri deyib.

 

İlk növbədə “yeni təbəqəyə”-Ukraynada müharibə iştirakçıları və onların qohumlarına diqqət yetirmək nəzərdə tutulur. Kreml həmçinin bu yaxınlarda Ukraynanın ilhaq edilən dörd vilayətlərində də seçkilərin keçirilməsini güman edərək onların elektoratı ilə işləməyə bel bağlayır.

 

Bu ərəfədə “Verstka” nəşri məlumat verib ki, regional hakimiyyət federal hakimiyyətdən gələcək kampaniyaya hazırlaşmaq barədə sərəncam alıb.

 

O cümlədən region başçılarına sakinlərin ən mühüm sosial problemlərinin siyahısını tərtib etmək, onların sosiaı şəbəkələrdə əhval-ruhiyyəsini dəyərləndirmək, onların yaxşılaşdırılması üçün tədbirlər görmək tapşırılıb.

 

2024-cü ilin əvvəlinə bütün problemlər “yumşaldılmalıdır” ki, federaı hakimiyyətin reytinqinə təsir etməsin.

 

Hazırki prezidentin 2024-cü ildə güman edilən rəqibləri, “Verstka”nın mənbələrinin sözlərinə görə, Rusiya Lideral Demokrat Partiyasının lideri Leonid Slutski və “Ədalətli Rusiya-Həqiqət uğrunda” partiyasının sədri Sergey Mironov olacaq.

 

Rusiyada prezident seçkilərinin 2024-cü ilin martın 17-də keçirilməsi planlaşdırılır. Bu, Putinin dövlət başçısı rolunda beşinci müddətidir. O,  2000-ci ildən (2008-2012-ci illərdə fasilə ilə) prezident postundadır.

Mənbə

Share: