Kreml separatçıları qızışdırır, Vardanyanı təlimatlandırır

“Erməni separatçılarını Şuşanı atəşə tutmağa Qarabağdakı rusiyalı hərbçilər təşviq ediblər, onlar isə təlimatı Moskvadan alıblar”.

Modern.az-ın məlumatına görə, bunu Qarabağda atəşkəs rejiminin pozulmasını şərh edən siyasi ekspert Elxan Şahinoğlu deyib.

“Bu təxribatın məqsədi odur ki, bölgədə Rusiya hərbi missiyasının vaxtı daha da uzadılsın. Kremlin məntiqinə görə, əgər Qarabağda tərəflər müharibədən sonra da bir-birlərinə atəş açırlarsa, deməli “Rusiyanın azərbaycanlılarla ermənilər arasında hakim rolunda çıxış etməsinə hələ uzun müddət ehtiyac var”. Bizim Kremlin “məntiqinə” qarşı arqumentimiz bu olmalıdır: “Sizin “hakimliyiniz” Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına maneədir. 3 ildən sonra bölgəni tərk etməyə hazırlaşın. Ancaq buna qədər erməni separatçılarının tərksilah edilməsi Azərbaycanın haqqıdır”, – siyasi şərhçi bildirib.

Qarabağ separatçılarının lideri Arayik Arutyunyanın Xankandidə qurulan qondarma “hökumət”in “nazirlərini” qəfil istefaya göndərməsinə münasibət bildirən E.Şahinoğlu deyib:

“Arayik Arutyunyan Moskvanın təlimatıyla hərəkət edir. Moskvanın Qarabağdakı adamı isə Ruben Vardanyandır. Kreml Ruben Vardanyanı Arayik Arutyunyanın yerinə hazırlayır. Ruben Vardanyan isə separatçılar arasında “birinci” olmadan öncə öz komandasını formalaşdırmağa çalışır”.

Mənbə

Share: