Kremlin sifarişi ilə qətlə yetirilən FTX-nın qalmaqallı əməkdaşının oğlunun səfərbər edilməsinə cəhd göstərilib

“Litvinenko səfərbər edilmək cəhdinə çox təəccüb edib, çünki Putin hakimiyyəti ilə onların ailəsi arasında münasibətlər ideal olmayıb…”

 

Rusiyada DTK və FTX-nın sabiq əməkdaşı, 2006-cı ildə Londonda qətlə yetirilmiş Aleksandr Litvinenkonun oğlu Anatoli Litvinenkonun səfərbər edilməsinə cəhd göstərilib.

 

Moderator.az xəbər verir ki, bu barədə Anatolinin özü Britaniyanın “The Guardian” qəzetində dərc edilən məqalədə danışıb.

 

“Təxminən oktyabrın ortalarında Putin Rusiya vətəndaşlarının Ukraynada müharibə aparılması üçün qismən səfərbərlik elan edəndə mənim ölkədə rəsmi yaşayış yerim kimi qeydiyyatda olan Moskvadakı mənzilimin qapısı döyülüb, – Anatoli yazır və qeyd edir ki, son 20 il ərzində o, Böyük Britaniyada yaşayır. 

 

Moskvadakı mənzilimdə hazırda ailəmizin dostları yaşayır və onlar da hərbi komissarlıq əməkdaşlarının ziyarəti barədə məlumat verib.

 

Anatoli güman edib ki, o məqamda evdə olsaydım,

əşyalarımı yığıb evdən çıxmaq və ola bilsin ki, daha heç vaxt geriyə dönməməyim üçün təxminən 30 dəqiqə zaman veriləcəkdi.

 

Qətlə yetirilən FTX əməkdaşının oğlu qeyd edib ki, onu səfərbər etmək cəhdinə çox təəccüb edib, çünki onun ailəsinin Rusiya hakimiyyəti ilə münasibətləri 2000-ci ildə Putinin hakimiyyətə gəlişindən sonra ideal olmayıb.

 

Xatırladaq ki, DTK və FTX-nın sabiq əməkdaşı Aleksadr Litvinenko 1998-ci ildə hələ Rusiyada olarkən bir neçə iş yoldaşları ilə birlikdə mətbuat konfransında deyib ki, onlar nüfuzlu oliqarx və siyasətçi Boris Berezovskini öldürmək tapşırğı alıb. Bundan sonra Litvinenko FTX-dan qovulub və dəfələrlə həbs edilib.

 

2004-cü ildə Litvinenko Britaniya və İspaniya kəşfiyyatı ilə əməkdaşlıq edərək, Avropada rus mafiyası və onun rusiyalı məmurlarla əlaqələri barədə məlumatlar ötürüb.

 

Tarixçi Yuri Felştinski ilə birlikdə o, “FTX Rusiyanı partladır” adlı kitab buraxıb, orada iddia edib ki, 1999-cu ildə yaşayış evlərinin partladılması FTX tərəfindən təşkil edilib, məqsəd Çeçenistanda müharibəyə haqq qazandırmaq və Vladimir Putini hakimiyyətə gətirmək olub.

 

2006-cı ildə Litvinenko Londonda qətlə yetirilib. İstintaqın versiyasına görə, o, çayına qatılan “polonium-210” radioaktiv maddə ilə zəhərlənib. Britaniya məhkəməsi bu nəticəyə gəlib ki, Litvinenkonu Rusiyanın xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Andrey Luqovoy və sahibkar Dmitri Kovtun zəhərləyib. 

 

Ölkənin kəşfiyyat xidmətləri bəyan edib ki, zəhərlənmənin “dövlət tərəfindən sponsorluq edilən qətlin bütün əlamətləri” var.

 

2016-cı ili  yanvarında Litvinenkonun qətli barədə iş üzrə ictimai araşdırmanın nəticələri açıqlanıb. Hakim Robert Ouen o zaman bəyan edib ki, bu qətl, ehtimal ki, “Rusiya prezidenti Putin və xüsusi xidmətin direktoru Patruşev tərəfindən “dəstəklənib”. Kreml Litvinenkonun qətlində əli olduğunu inkar edib.

 

Litvinenkonun dul xanımı Marina Litvinenko 2020-ci ildə İnsan Haqları üzrə Avropa Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb. O, Moskvadan ərinin radioaktiv maddə ilə zəhərləndirilməsinə görə 3, 5 milyon avro məbləğində kompensasiya tələb edib. 

 

Məhkəmə Rusiyanın üsərinə dul xanıma mənəvi zərərə görə 100 min avro və məhkəmə məsrəflərinə görə 22, 5 min avro ödəmək öhdəliyi qoyub.

 

İyunun 4-də məlum olub ki, Moskvada şəhər xəstəxanalarından birində Aleksandr Litvinenkonun Londonda qətli ilə bağlı işdə adı keçən biznesmen Dmitri Kovtun dünyasını dəyişib. Onun ölümü haqqında Dövlət Dumasının təhlükəsizlik və korrupsiyaya qarşı komitə rəhbərinin birinci müavini Andrey Luqovoy məlumat verib. Onun sözlərinə görə, 57 yaşlı Kovtun “kovid”ddən dünyasını dəyişib.

Mənbə

Share: