Kuman “Barselona”nın təklifini rədd edib

Niderland millisinin baş məşqçisi Ronald Kuman “Barselona”nı çalışdıra bilərmiş.

Qol.az xəbər verir ki, bunu 57 yaşlı mütəxəssis özü açıqlayıb. O, Hiderland mətbuatına müsahibəsində “Barselona”nın Ernesto Valverde ilə yolları ayırdıqdan sonra ona təklif göndərdiyini deyib:

“Bəli, təklif aldım, ancaq qəbul etmədim. Çünki hazırda milli komandanı çalışdırıram” – deyə Kuman bildirib.

Qeyd edək ki, futbolçu kimi 1989-1995-ci illərdə “Barselona”da çıxış edən niderlandlı mütəxəssis, 2007-2008-ci illərdə bu komandanı çalışdırıb.

Share: