![](https://milletinsesi.az/wp-content/uploads/1679589992_1658422975_1645468648_fhnnnn-11111-716x425.jpg)
Kürdəmirdə 3 otaqlı fərdi yaşayış evində yanğın baş verib.
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin 1 otağının, mətbəxinin qamışdan ibarət tavanı və dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələrinin müdaxiləsi ilə yanğın söndürülüb.