Türkiyə terrorla mübarizəni davam etdirəcək

Türkiyə ölkə daxili və xaricində terrorla mübarizəsini son terrorçu zərərsizləşdirilənə qədər davam etdirəcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda iftar mərasimi zamanı çıxışında bildirib.

O qeyd edib ki, Ankara terrorçuları dəstəkləyənlərə qarşı da mübarizəsini gücləndirəcək.

Ərdoğan, həmçinin, Cumhur ittifaqının 14 mayda keçiriləcək prezident və millət vəkili seçkilərini xalqın dəstəyi ilə qazanacağını da vurğulayıb.

Mənbə

Share: