Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlunun və 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlunun axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, axtarış işlərinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.