Kürdə burulğana düşən 2 uşaq xilas edilib, 3-nün axtarışları davam etdirilir

Bərdədə 5 uşaq Kürdə batma təhlükəsi ilə üzləşib.

Hadisə Kür çayının rayonun Nazırlı Qılışlı kəndindən keçən hissəsində qeydə alınıb. Çayda batma təhlükəsi ilə üzləşən 2 uşaq sudan çıxarılıb. Digər 3 nəfərin axtarışları davam etdirilir.

Sudan çıxarılan iki uşağın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. (APA)

Share: