Kürdəmirdə körpə qaynar sudan yandı

Kürdəmir rayonunda 2 yaşlı körpə qaynar sudan yanıb.

“Report”un məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini, 2017-ci il təvəllüdlü Zülfiqar Ceyhun oğlu İsmayılovun ehtiyatsızlıqdan üzərinə qaynar su dağılıb. O, boyunun sol bazunun ikinci dərəcəli termiki yanığı diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share: