Kürdəmirdə “NİVA” markalı minik avtomobili yanıb

Kürdəmir rayonunun Pirili kəndində “NİVA” markalı minik avtomobili yanıb. Nəticədə yol kənarında qamışlıq ərazinin 15 m² sahəsi alışıb.

Fövqəladə Hallar Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: