Kürdəmirdə qəza: Xəsarət alan var

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.media-nın məlumatına görə, hadisə rayonun Bakı prospektində baş verib. 

Belə ki, “Toyota” markalı avtomobil dönmə əməliyyatını yerinə yetirərkən, VAZ-2107 markalı avtomobil arxadan ona çırpılıb.  

Qəza nəticəsində bir nəfər xəsarət alıb. O, təcili tibbi yardım maşınının köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.  

Mənbə

Share: