Kurtulmuş Fəhlə Partiyasının sədri ilə görüşdü

Kurtulmuş Fəhlə Partiyasının sədri ilə görüşdü

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş partiya sədrləri ilə görüşlərini davam etdirir.

 

Modern.az xəbər verir ki, bu barədə TBMM-in rəsmi tviter səhifəsində paylaşım edilib.

 

Bu çərçivədə Kurtulmuş Türkiyə Fəhlə Partiyasının (TİP) sədri Erkan Başı qəbul edib. Görüşdə ölkənin siyasi gündəmi müzakirə olunub.

 

Qeyd edək ki, TİP son seçkilərdə parlamentdə 4 deputat yeri qazanıb.

Mənbə

Share: