Kutaisi Beynəlxalq Hava Limanı iki həftəlik bağlanacaq

Milletinsesi.az Oxu.az-a istinadən xəbər verir ki, Gürcüstanda David Aqmaşenebeli adına Kutaisi Beynəlxalq Hava Limanı uçuş-enmə zolağının təmiri ilə əlaqədar iki həftəlik bağlanacaq.

Bu barədə Gürcüstan Hava Limanları Assosiasiyasının mətbuat xidməti xəbər yayıb.

2,5 kilometrlik uçuş-enmə zolağının planlı təmiri oktyabrın 10-dan 24-dək nəzərdə tutulub.

Mənbə: Sputnik Gürcüstan

Share: