Laçın yolunda bayram konserti – FOTOLAR

Laçın-Xankəndi yolunda ekoaksiyanın iştirakçıları üçün bayram konserti keçirilir.

 

Modern.az xəbər verir ki, Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun yaxınlığında quraşdırılan səhnədə müğənni Hissin ifasında onun repertuarından olan mahnılar səsləndirilib.

 

Daha sonra Azərbaycanın Xalq artisti Röya Ayxan, Nuri Serinlendirici və Jane Shirokih çıxış ediblər.

 

Onların ifaları aksiya iştirakçılarında və səhnə ətrafındakı insanlarda bayram əhvali-ruhiyyəsi yaradıb.

 

Qeyd: Fotolar AZƏRTAC-a məxsusdur.

 

Mənbə

Share: