“Laçına MDB-nin mədəniyyət paytaxtı statusunun verilməsi təqdirəlayiq olar”

“Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı statusu alması üçün müraciət ünvanlanacaq”.

 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin X hesabında paylaşım edib.

 

Maraqlıdır, Laçına MDB-nin mədəniyyət paytaxtı statusunun verilməsi sadəcə Laçının deyil,  işğaldan azad edilən ərazilərimizdə mədəniyyətin inkişafına hansı töhfələr verə bilər?

 

Moderator.az-a açıqlama verən millət vəkili Mahir Abbaszadə bu addımın mənəvi-mədəni baxımdan mühüm önəm kəsb etdiyini vurğulayıb:

 

“Təbii ki, Laçına MDB-nin mədəniyyət paytaxtı statusunun verilməsi təqdirəlayiq olardı. Çünki Laçın əsrlərdir ki, zəngin mədəniyyəti ilə diqqət çəkib. Laçın rayonu ərazisində mövcud olan qədim tarixi-mədəni və dini abidələr, onların ümumbəşəri və ümummədəni əhəmiyyəti hər kəsə məlumdur.

 

Laçın həm də özünün məşhur ziyalıları, böyük mədəniyyət xadimləri, istedadlı sənətkarları ilə məşhur olub. Əməkdar artist, xalqın sevimlisi mərhum Məhəbbət Kazımov buna nümunədir.  

 

Bu gün də respublikamızın mədəni həyatında aktiv iştirak edən, ölkəmizin mədəni inkişafına böyük töhfələr verən sənət adamları içərisində bu rayonun təmsilçiləri yetərincədir. Bunlardan Əməkdar artist Ehtiram Hüseynov, qran-pri mükafatçısı tarzən Ayaz İmranovu qeyd etmək olar.

 

Bu baxımdan hesab edirəm ki, Laçın MDB-nin mədəniyyət paytaxtı statusunu daşımağa layiqdir və ona bu statusun verilməsi Qarabağ və ətraf ərazilərdə mədəniyyətin inkişafı üçün ciddi mənəvi stimul ola bilər.

 

Mən bu təşəbbüsünə görə Azərbaycan XİN-nə də təşəkkür edir, başda hörmətli Ceyhun Bayramov olmaqla bütün diplomatlarımıza minnətdarlığımı bildirirəm”.

 

Seymur ƏLİYEV

 

Mənbə

Share: