Lavrov gələn həftə iranlı həmkarı ilə danışıqlar aparacaq

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Rusiyaya səfər edəcək.

 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

 

Onun sözlərinə görə, səfər gələn həftəyə planlaşdırılıb.

 

“Martın 29-da İran İslam Respublikasının xarici işlər naziri Moskvada işgüzar səfərdə olacaq. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq”, – deyə Zaxarova brifinqdə bildirib.

 

Mənbə: TASS

 

Mənbə

Share: