Lavrov Putinlə Baydenin görüşü barədə: “Gömrükçü deyilik ki, razılıq verək”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi Moskvanın Rusiya prezidenti Vladimir Putinlə ABŞ rəhbəri Co Baydenin görüşünə razılıq verib-verməməsi barədə sualı zarafatla cavablandırıb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

“Biz gömrükçü deyilik ki, razılıq verək”, – nazir zarafatla bildirib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Entoni Blinken isə yaxın həftələrdə Putin və Baydenin görüşü ehtimalını açıqlayıb.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Baydenlə nə vaxt və harada görüşməsi ilə bağlı danışarkən “qəhvədə fala baxmamağı” təklif edib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden apreldə Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı ona üçüncü ölkədə təkbətək görüşməyi təklif edib. Amerika lideri sonra bildirib ki, görüş iyunda ola bilər. Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının sözlərinə görə, iki ölkə liderlərinin sammitinin əsas mövzusu strateji sabitlik olmalıdır.

Share: