Vaksin vurduranlar bu qadağadan azad olunsun – Həkim

Əhalimizin 80%-i vaksinasiya olunduqdan sonra düşünürəm ki, açıq havada maska yasağı ləğv oluna bilər.

Bu sözləri Türkiyənin “Hacəttəpə” xəstəxanasının azərbaycanlı həkimi Turanə Rəsulova Axar.az-a açıqlamasında deyib.

O bildirib ki, İsraildə effektiv vaksinasiyaya nail olunduğu üçün artıq açıq havada maska taxmaq məcburi deyil, amma qapalı məkanlar istisnadır:

“Düşünürəm, bizdə də bu cür addım atılsa, məqsədəuyğun olar. Vaksinasiya bizi ağır xəstəlikdən qorusa da, yoluxmadan tam qorumur. Yoluxduğumuz üçün digər şəxslərə yoluxdura, ağır xəstələnmələrinə səbəb ola bilərik. Odur ki, böyük əksəriyyət vaksinasiya olunmalıdır. Bir digər seçim isə ABŞ təcrübəsindəki kimi, 2 doza vaksinasiya olunanlara açıq havada maskasız gəzmək sərbəstliyi verilməsi ola bilər. Bu, həm vaksinasiya üçün təşviqedici olar, həm də özünü və başqalarını qorumaq üçün əlindən gələni edənlərin maskasız gəzmək azadlığını təmin edər”.

Share: