Lempard Jirunun gedişinə razıdır

“Çelsi”nin hücumçusu Olivye Jiru bu qış London klubunu tərk edə bilər.

Qol.az xəbər verir ki, komandanın baş məşqçisi Frenk Lempard İngiltərə Federasiya kubokunda 1/32 finalında “Nottingem Forest”lə oyundan sonra bu barədə danışıb. O, fransalı futbolçunun gedişinə mane olmaq istəmədəyini bildirib:

“Onunla bağlı hələ rəsmi məlumat yoxdur. Özü ilə danışmışam. Klubumuza ziyan vurmayacaq bir seçimi varsa, gedə bilər. Təbii ki, yalnız şərtlərimiz qəbul olunacağı təqdirdə”.

Qeyd edək ki, “Yuventus”, “İnter” və “Nyukasl” Olivye Jiru ilə maraqlanır.

Share: