Lerikin bu kəndlərində koronavirus aşkarlandı

Lerik rayonunun Bülüdül və Sorus kəndlərində də koronavirusa yoluxma qeydə alınıb.

“Millətin Səsi.az”  xəbər verir ki, Bülüdül kəndinə hüzur məclisinə gələn koronavirusa yoluxmuş şəxs  bir ailəni yoluxdurub.  Bu haqda əməkdaşımıza danışan Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev  yoluxuma faktını təsdiqləyib. Onun sözlərinə görə,  həmin şəxslərdən analiz götürülüb və nəticə müsbətdir. Xəstələrdə yüngül simptomlar aşkarlandığı üçün hələlik ev şəraitində təcrid olunmuş şəkildə müalicəsi davam etdirilir.

Qeyd edək ki, Lerik rayonunda yoluxma az qeydə alındığı üçün sərt karantin rejimi tətbiq olunmayıb.

 

Share: