Lilay albanlara “Qarabağ”dan danışdı

“Qarabağ” çox keyfiyyətli komandadır və illərdir yüksək səviyyədə çıxış edir. Böyük klubdur. Buna görə “Partizani” üçün çox çətin  olacaq”.

Qol.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin sabiq albaniyalı yarımmüdafiəçisi Sabien Lilay deyib.

O, ölkəsinin  mətbuatına açıqlamasında Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq “Qarabağ” haqda danışıb. Lilay Ağdam klubunun güclü və zəif cəhətlərini göstərib: “Qarabağ”ın yarımmüdafiə xətti daha güclüdür. Zəif nöqtələri kimi onu deyə bilərəm ki, bəzən müdafiədə boşluqlar buraxırlar. Komandanın qolçusu yoxdur. Ancaq hazırda transferi ilə bağlı məlumatım yoxdur. Əlbəttə, “Partizani”nin rəqibini zəif görmək haqqı yoxdur. “Neftçi” çox yaxşı mövsüm keçirməsinə baxmayaraq, yenə də “Qarabağ” çempion oldu. Buna görə də “Partizani” onlara qarşı çox yaxşı iki oyun keçirməlidir”.

Qeyd edək ki, “Qarabağ”la “Partizani” arasında oyunlar 9/10 və 16/17 iyul tarixlərində keçiriləcək.

Share: