Litva xarici işlər naziri: “Rusiyalılar Putini devirə bilərlər”

“Rusiyalılar cəhd etsələr, Putin rejimindən qurtula bilərlər”.

 

Bu barədə Litva xarici işlər naziri Qabrielius Landsbergis öz “Twitter” səhifəsində yazıb.

 

“Litvalılar sovet rejimini devirdilər, ukraynalılar Yanukoviçdən qurtuldular, iranlı qadınlar İrandakı sərt rejimə qarşı üsyan qaldırdılar, rusiyalılar isə Putini devirə bilərlər. Azadlığın gücünü gözardı etməyin”, – deyə o qeyd edib.

 

Nazir həmçinin səfərbərlikdən yayınmağa çalışan kişilərin Rusiyadan kütləvi şəkildə getmələrini “məsuliyyətdən qaçmaq” kimi qiymətləndirib. Eyni zamanda vurğulayıb ki, onlar rejimə qarşı üsyan etməli idilər.

Mənbə

Share: