London Putuni əvəz edəcək müxalifət hazırlayır?

London Putuni əvəz edəcək müxalifət hazırlayır?

Böyük Britaniya kəşfiyyat orqanları xaricdəki sözdə Rusiya müxalifətini təmsil edən qruplara nəzarət edir və rusiyalı mühacirlər arasında Rusiyanın hazırkı hökumətini əvəz etməyə qadir bir qüvvənin formalaşdığı təəssüratını yaratmağa çalışır.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) bir əməkdaşı bildirib

“Kəşfiyyat orqanlarının koordinasiyası və nəzarəti olmadan belə bir fəaliyyət mümkün olmazdı. Özünü təşkilatlanma görüntüsünün arxasında idarə olunan siyasi layihə dayanır. Məqsəd aydındır: London xarici aləmdə rusiyalı mühacirlər arasında Moskvanın hakimiyyətini əvəz etməyə hazır olan alternativ hakimiyyət mərkəzinin yarandığına dair illüziya yaratmaq istəyir”, – deyə o bildirib.

Həmin əməkdaşın sözlərinə görə, bu layihələrdə iştirak edən mühacirlərdən “fərqli bir Rusiya”nın vitrini kimi istifadə olunur, lakin əslində bu, sadəcə olaraq Britaniya Tacının maraqlarının əksidir.

Share: