Loqoped mərkəzində uşaqlara işgəncə verənlər SAXLANILDI

Bakıda “Mehnur” loqopedik reabilitasiya mərkəzinin psixoloq və baxıcısı saxlanılıb.

Bu barədə Milletinsesi.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən görüntülər yayılıb. Hadisə paytaxtın Nizami rayonunda yerləşən “Mehnur” loqoped reabilitasiya mərkəzində baş verib.

 

Share: