Moskva Qorbaçovla vidalaşır… – İttifaqlar Evi qarşısında uzun növbə yaranıb…

“Təkcə ölkəsinin deyil, bütün dünyanın siyasi iqlimini dəyişən SSRİ-nin ilk və sonuncu ptezidenti son mənzilə yola salınır…”

“Qorbaçov həyat yoldaşı Raisa Maksimovanın məzarının yanında dəfn ediləcək, əlli metr aralıda isə Rusiyanın ilk prezidenti Boris Yeltsinin məzarı yerləşir…”

Medvedev və Puqaçova vida mərasimə qatılıb, İttifaqlar Evi qarşısında uzun növbə yaranıb…

Bu gün Moskvada təkcə ölkəsinin taleyini deyil, bütün dünyanın siyasi iqlimini dəyişən SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovla vida mərasimi keçirilir. O, avqustun 30-da Rusiya paytaxtında Mərkəzi Klinik Xəstəxanasında axşam ömrünün 92-ci ilində vəfat edib.

Milletinsesi.az xəbər verir ki, vida mərasimi əksəriyyət Rusiya KİV-ləri tərəfindən birbaşa yayımlanıb.

Qorbaçovla vidalaşmaq üçün Rusiya Təhlüəsizlik Şurası katibinin müavini Dmitri Medvedev, teleaparıcı Dmitri Kiselyov, müğənni Alla Puqaçova və başqa tanınmış simalar gəlib.

İttifaqlar Evinin qarşısında  uzun növbə yaranıb.

Sovet prezidentinin cənazəsi olan və fəxri qarovul tərəfindən əhatəyə alınan tabutu qoyulan Sütunlu salona insanlar kiçik qruplarla buraxılır.

Qorbaçov Novodeviçye qəbiristanlığında həyat yoldaşı Raisanın Maksimovnanın məzarı yanında dəfn ediləcək.

Qorbaçov ailəsinin dəfn edildiyi yerdən əlli metr aralıda Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin məzarı yerləşir.

Mənbə

Share: