Lotu Quli Türkiyədə öldürüldü

Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov qətlə yetirilib.

Millətin Səsi.az  xəbər verir ki, bu barədə Türkiyənin nüfuz telekanalları və media orqanları məlumat yayıb.

Onun Antalya şəhərində qətlə yetirildiyi bildirilib.

Məlumata görə, Nadir Səlifov başından 4 güllə yarası alması nəticəsində həyatını itirib.

***

“Türkiyə” qəzetinin yaydığı məlumata görə, Quli Antalyada şam etdiyi Xan Əhmədlinski tərəfindən güllələnib. Hadisədən bir qədər sonra Xan Əhmədlinski polis tərəfindən saxlanılıb.

***

Sosial şəbəkələrdə Lotu Qulinin qatili olduğu deyilən Xan Əhmədlinski ilə fotosu yayılıb. Onların yaxın dost olduqları bildirilib.

 

Share: