Lukaşenko Çinin sülh planını dəstəkləyib 

Belarus Prezidenti Aleksandr Lukaşenko Pekində Çin lideri Si Cinpinlə görüşüb.

 

Modern.az xəbər verir ki, görüş zamanı digər məsələlərlə yanaşı Ukraynadakı müharibə də müzakirə olunub.

 

Lukaşenko Pekinin Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması təşəbbüsünü tam dəstəklədiyini bildirib.

 

“Bugünkü görüşümüz yeni, qeyri-adi yanaşmalar və məsuliyyətli siyasi qərarlar tələb edən çox çətin bir zamanda keçirilir”, – Lukaşenko deyib.

 

Xatırladaq ki, Çin Ukraynadakı müharibənin bütün tərəflərini hərbi əməliyyatları dayandırmağa və “soyuq müharibə zehniyyətindən əl çəkməyə” çağırıb.

 

Pekin hesab edir ki, sülh danışıqlarına başlamaq, birtərəfli sanksiyalara son qoymaq, həmçinin Ukrayna taxılının ixracına zəmanət vermək və strateji riskləri azaltmaq lazımdır. Sənəd “Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi” adlanır.

Akif İsmayılov 

Mənbə

Share: