Lukaşenko: “Yeni seçkilər olmayacaq”

“Mənim təzyiq altında nəsə edəcəyimizi düşünürsünüzsə, çox gözləyəcəksiniz. Yeni seçkilər olmayacaq. Çünki belə olduğu halda nə Minsk Təkər Zavodu, nə MAZ, nə də BELAZ olacaq, yarım ilə hər şeyi məhv edəcəyik”.

Virtualaz.org xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

O, hakimiyyət səlahiyyətlərini küçə nümayişləri ilə deyil, konstitusion yolla müəyyənləşdirilməsinə çağırıb.

Share: