
Ukraynanın Luqansk Vilayəti Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday istefa ərizəsi yazıb.
Bu barədə “Avropa həmrəyliyi” partiyasından olan xalq deputatı Aleksey Qonçarenko bildirib.
“Bu gün Sergey Qayday Luqansk Vilayət Hərbi Administrasiyasının rəhbəri vəzifəsindən istefa verdi. Onun tezliklə Qazaxıstana səfir təyinatı olacaq”, – deyə o vurğulayıb.