Ukraynanın iki vilayət rəhbəri işdən çıxarılır

Ukraynanın Luqansk Vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday istefa verib/

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin “Avropa həmrəyliyi” partiyasından olan deputatı Aleksey Qonçarenko məlumat verib.

 

“Sergey Qayday Luqansk Vilayət Hərbi Administrasiyasının rəhbəri vəzifəsindən istefa verdi. Onun tezliklə Qazaxıstana səfir təyin ediləcəyi gözlənilir”, – deyə o bildirib.

 

“RBC Ukrayna”nın məlumatına görə, Odessa vilayətinin rəhbəri Maksim Marçenko da vəzifəsindən azad ediləcək.

Mənbə

Share: