Zaqatalada Vətən müharibəsi qazisi yol qəzasına düşüb

Zaqatalada Vətən müharibəsi qazisi yol qəzasına düşüb.

Hadisə bu gün saat 16:40-da Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Faldar kənd sakini, 1997-ci il təvəllüdlü Subhan Nurullah oğlu Durmuşov idarə etdiyi “VAZ 21074” markalı minik avtomobili ilə hərəkətdə olarkən edirəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca vurub. Daha sonra avtomobil yolun kənarına aşıb. Qəza zamanı xəsarət alan S. Durmuşov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Hazırda S. Durmuşovun müayinəsi aparılır.

Qeyd edək ki, S. Durmuşov Vətən müharibəsi qazisidi.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Mənbə

Share: