Mələkxanım Eyubova yeni evindən danışdı

Xalq artisti Mələkxanım Eyubova yeni evə köçməsindən danışıb. 

Xanəndə “Günaydın, Azərbaycan” verilişində villa aldığını deyib.

“Bu bayram başım qarışıq oldu, başqa evə köçdüm. Həyət evidir, heyif deyil… İnsanın ayağı torpaqda olmalıdır. Oturursan yüksək mərtəbələrdə… İndi səhər durub ayağını o torpağa qoyursan. Havanı, torpağı hər gün hiss etməliyik. Günümüz verilişlər, maşın, studiyalarda keçir. Evə gedib otururdum qapalı məkanda” deyə, Eyubova əlavə edib.

Mənbə

Share: