Məmmədyarov gürcü həmkarı ilə görüşdü

BMT-nin Baş Assambleyasının Nyu Yorkda keçirilən 74-cü sessiyası çərçivəsində Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb.

Report xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.

Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin olduğu bir daha vurğulanıb.

 

Share: