Yaponiyanın məşhur “Mazda Motor” şirkəti Rusiyanın şərqindəki Vladivostokda yerləşən zavodda avtomobillərinin istehsalını dayandırmağı planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Ötən il Rusiyada 30 min avtomobil satan yapon avtomobil istehsalçısı mart ayında zavoda hissələrin ixracının və ehtiyatlar tükəndikdə tamamilə istehsalın dayandırılacağını elan edib.
Qəzet yazır ki, Mazda Rusiyada avtomobil satışı və texniki xidmət əməliyyatlarını dayandırmaq barədə qərar qəbul etməyib.
Bundan əvvəl “Mazda”nın rəqibi “Toyota Motor” şirkəti bildirib ki, Rusiyada əsas materialların və hissələrin tədarükündə fasilələr səbəbindən avtomobil istehsalını dayandırmaq qərarına gəlib.
Akif İsmayılov