İlin sonunda neftin bir barrelinin 120 dollar olacaq: Avropada energetika böhranı…

“Milli iqtisadiyyatlar resessiya ilə mübarizə aparır, energetika nəhəngləri isə müflisliklə döyüşür…”

 

“Avropanın ən iri iqtisadiyyatı olan Almaniya artıq resessiyaya qərq olur və qış yaxınlaşdıqca daha da artacaq…”

 

 

Avropa ölkələri bu qışda tab gətirəcəyi halda, növbəti qışda analoji çətinliklərlə üzləşəsəklər.

 

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın “Oil Price” nəşri yazıb.

 

Milli iqtisadiyyatlar resessiya ilə mübarizə aparır, energetika nəhəngləri isə müflisliklə döyüşür.

 

Rusiyaya qarşı sanksiyalar ucbatından enerjidaşıyıcılarının tədarükünün azalması və Moskva tərəfindən boru kəməri qazının həlledici ixrac marşrutlarının bağlanması ona gətirib çıxaracaq ki, Avropa növbəti qışdan sonra və daha uzun müddət neft və qaz uğrunda mübarizə aparacaq.

 

“Energy Aspects” konsaltinq şirkətinin analitikləri belə hesab edir, hazırki böhran “bir qışın məsələsi deyil”.

 

“Bu, bir qışın məsələsi deyil və biz bunu açıq-aydın bəyan etməliyik, – bunu “Bloomberq Television” telekanalına müsahibəsində şirkətin analitik işi üzrə təsisçisi və direktoru Amrita Sen deyib.

 

Avropa təkcə bu qışda deyil, növbəti və, ola bilsin ki, sonrakı qış mövsümündə də bazarı balanslaşdırmaq üçün imkan əldə etmək məqsədilə tələbi azaltmalıdır.

 

Almaniyanın mərkəzi bankı olan Bundesbankın mütəxəssislərinin bu həftə özlərinin aylıq hesabatında bəyan etdikləri kimi, energetika böhranı səbəbindən Avropanın ən iri iqtisadiyyatı olan Almaniya artıq resessiyaya qərq olur, davam edən qaz və energetika böhranı fonunda qış yaxınlaşdıqca, daha da dərinləşəcək.

 

Bundan başqa, Almaniyanın enerji və qaz tədarükçülərinin iflasının qarşısını almaq üçün bu həftə Almaniya ölkədə qaz idxalı sahəsində ən iri “Uniper” şirkətinin milliləşdirməsi barədə qərar verib.

 

Bütün Avropa boyu sənaye müəssisələri enerjidaşıyıcılarının qiymətinin kəskin artması səbəbindən istehsalı azaltmağa və ya dayandırmağa məcburdur

 

Avropanın bəzi sahə assosiasiyalarında bəyan edilir ki, qışı keçirmək üçün Avropa Komissiyasınım enerjidaşıyıcılarının qiymətinin azaldılması və ev təsərrüfatlarına və müəssisələrə böhranın qarşısını almağa kömək etmək təşəbbüsləri kifayət deyil.

 

Neft bazarında vəziyyəti şərh edən Amrita Sen “Bloomberg” nəşrinə müsahibəsində deyib ki, son rübdə kəskin qiymət dəyişiklikləri gözlənilir. 

 

“İlin sonunda qiymətlərin daha yüksək olacağını gözləyirik”, bu zaman “Energy Aspects”in proqnozuna görə, ilin sonunda neftin qiymətinin bir barrelə görə 120 dollar olacağı gözlənilir, o, əlavə edib

 

Cümə günü “Brent” markalı neftin qiyməti bir barrelə görə 90 dollara satılıb.

 

Avropa İttifaqının embarqosu qüvvəyə mindikdən sonra Hindistan və Çin Rusiya neftinin əlavə həcmlərini götürə bilərdi, lakin bank sektorunda ABŞ tərəfindən ikincili sanksiyalar təhlükəsi olduğundan Rusiyanın neft ixrac etmək qabiliyyəti məhdudlaşa bilər, Amrita Sen deyib. 

 

Bundan başqa, böyük miqdarda neftini gəmilərlə Asiyaya daşıyan, sonra da alıcılar axtaran Rusiya nəqliyyat tariflərini daha çox artıracaq, o, əlavə edib.

Mənbə

Share: