İldırım 12 nəfərin ölümünə səbəb oldu

Hindistanın şimalında yerləşən Uttar Pradeş ştatında ildırım vurması nəticəsində 12 nəfər ölüb.

Millətin Səsi.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananlar da var.

Bildirilib ki, son beş gündə ştatda ildırım vurması nəticəsində 39 nəfər vəfat edib. Bundan əlavə, leysan yağışları azı 24 nəfərin ölümünə səbəb olub.

Mənbə

Share: