Məşhur cütlük ayrıldı

Tanınmış aktyor və komediya ustası Cim Kerri sevgilisi Ginger Qonzaqa ilə ayrılıb.

Axşam.az xəbər verir ki, ötən ilin yanvarında tanış olan cütlüyün ayrılıq səbəbi məlum deyil. Onlar TV proqramı “Kidding”də tanış olmuşdular.

Cütlüyə yaxın mənbə bildirib ki, onlar bir müddət əvvəl ayrılsalar da, bunu mətbuatdan gizli saxlayıblar.

Share: