Məşhur müğənni boşanır? – AÇIQLAMA -FOTO

Müğənni və aparıcı Seda Sayan ərinin soyadını sildirməsi ilə bağlı boşanma xəbərləri ilə gündəmə gəlib.

 

Moderator.az TGR Haber-ə istinadən xəbər verir ki, keçən il özündən 25 yaş kiçik Çağlar Öktenlə evlənən Seda Sayan ilk dəfə  boşanma iddiaları ilə bağlı açıqlama verib.

 

Seda Sayan ailə qurduqdan sonra rəsmi prosedurlarda yaşadığı problemlərə görə məhkəmə qərarı ilə əri Ökten soyadını çıxartdırıb.  O, soyadının silinməsindən sonra çıxan xəbərlərə sərt reaksiya verib.

 

Sayan, “Yanlış başa düşüldü, hətta “boşanırlar” yazıldı, evdən çıxdım. Belə bir şey yoxdur. Bunları hardan alırsınız? Hamımızın ailəmiz var. Bax, sizə and içirəm belə bir mövzu yoxdu. Özümü rahat hiss edirəm.Belə şeylər etmə.Aramızda heç nə yoxdur.”Cəmi 2,5 ildir bir yerdəyik. 2 yaşımızı qeyd edəcəyik. Bir-birimizə deməmişik ki, gedin. hələ uzaqda.Hələ bizim sevgimizi hamı görür. Bu sevgidən nə istəyirlər? ” deyib.

Mənbə

Share: