Məşhur türkiyəli aktrisanın saçında kokain aşkar edildi

Məşhur türkiyəli aktrisanın saçında kokain aşkar edildi

Məşhur türkiyəli aktrisa Afra Saraçoğlu və aktyor Aras Bulut İynemlinin narkotik testinin nəticələri açıqlanıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, aktrisa Afra Saraçoğlunun saç nümunəsində kokain aşkar edilib, aktyor Aras Bulut İynemlinin narkotik testi isə mənfi çıxıb.

Lakin Saraçoğlunun nəticəsi ilə bağlı ətraflı rəsmi hesabat hələlik ictimaiyyətə açıqlanmayıb.

Qeyd edək ki, onlar daha əvvəl Bakırköy Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində saxlanılıblar. Sənətçilər narkotik testindən sonra sərbəst buraxılmışdılar.

Share: