Məzar daşlarına şəkil vurmaq adəti necə yaranıb?

 Əksər xalqların məzarın üstünə məzar daşı qoymaq adəti var. Bunlar ölkənin din və adət-ənənələrinə uyğun olaraq çox fərqli görünürlər.

 

Bu, müsəlmanlar üçün sütun, buddistlər üçün stupa, xristianlar üçün isə xaç formasındadır.

 

Amma məzar daşının üstündə mərhumun portretini ancaq keçmiş SSRİ və sosialist düşərgəsi ölkələrində görə bilərsiniz. Bəs bu adət necə yaranıb?

 

Məsələn, inqilabdan əvvəlki Rusiyada pravoslav vətəndaşların məzarları üzərində heç bir portret yox idi. Adətən məzarın üstünə daşdan, ağacdan xaçlar qoyulur və mərhumun adı yazılırdı.

 

Lakin sovet hakimiyyətinin gəlişi ilə hər şey dəyişdi – dinə qarşı təqiblər başladı, kilsəni və onun ayinlərini xatırladan hər şey amansızcasına kökündən kəsildi.

 

Sovetlər ölkəsi vətəndaşının məzarının üzərinə xaç qoymaq yersiz olardı, çünki onlara yeni bir konsepsiya lazım idi. Bu, ümumi qəbul edilən və eyni tipli məzar daşlarından ibarət idi. Nəticədə bəzən bir ulduzla və demək olar ki, həmişə mərhumun portreti ilə bəzədilmiş məzarlar ortaya çıxdı.

 

Hətta inanclarının insan təsvirini qadağan etdiyi müsəlmanlar da ateizm tərəfini tutaraq abidələrdə portretlərdən istifadə etməyə başladılar.

 

Yenilik hər kəsin xoşuna gəldi, çünki ölən şəxsin abidədə əziz cizgilərini görmək daha xoş idi.

 

Kilsə ölülərin portretlərinin qəbir üzərinə qoyulmasını qadağan etmir, baxmayaraq ki, ruhanilərin bu mövzuda fərqli fikirləri ola bilər.

 

Bəziləri mərhumun üzü olan abidələrdə bütpərəstlik elementinin olduğunu öyrədirlər, bəziləri isə hesab edirlər ki, bu, ağır itkiyə dözməyi asanlaşdırmağa kömək edir.

 

Qeyd edək ki, İslam şəriətində qəbirlərlə bağlı alimlərin yekdil fikri var. Qəbir daşı üzərinə hər hansı şəkil vurulması doğru hesab edilmir.//Qafqazinfo

 

Mənbə

Share: