Macarıstan Rusiya neft tədarükündən asılı olaraq qalır və öz şirkətlərinin rəqabət qabiliyyətini qurban verə bilməz.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Peter Magyar Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində deyib.
“Biz hələ də Rusiya neftindən asılıyıq və bunu bir gecədə dəyişə bilmərik. Bizdə uzun illərdir ki, iqtisadi artım yoxdur və inkişaf üçün bizə əlverişli enerjiyə çıxış lazımdır”, – o qeyd edib.
“Əlbəttə, biz enerji mənbələrimizi şaxələndirmək üçün hər şeyi edirik, lakin biz şirkətlərimizin rəqabət qabiliyyətinin daha da azalmasına və macar ailələri üçün geniş yayılmış enerji yoxsulluğuna tab gətirə bilmərik”, – baş nazir vurğulayıb.


