Makronun reytinqi aşağı düşməyə davam edir 

Fransa prezidenti Emmanuel Makronun seçicilər arasında populyarlığı aşağı düşüb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, onun reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb.

 

Reytinqin aşağı düşməsinə səbəb Fransada pensiya islahatına qarşı etirazların artmasıdır.

 

İslahat çərçivəsində pensiya yaşının iki il artırılması nəzərdə tutulur.

 

Sorğunun nəticələrinə görə, fransızların 70%-i bu islahatdan narazıdır və bu, Makronun reytinqinin bir ayda 4 pillə aşağı düşməsinə səbəb olub.

Mənbə

Share: