Malidə raket hücumu nəticəsində BMT-nin 18 sülhməramlısı yaralanıb

Malinin şimalında hərbi bazaya endirilən raket zərbələri nəticəsində azı 20 nəfər, o cümlədən BMT-nin 18 sülhməramlısı xəsarət alıb.

Reuters informasiya agentliyi xəbər verir ki, bu barədə BMT-nin Malidəki missiyasının nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, insident nəticəsində yaralananların altısının vəziyyəti ağırdır.

Hadisənin təfərrüatları barədə hələlik heç bir informasiya verilmir.

Qeyd edək ki, Tessalit yaşayış məntəqəsində yerləşən hərbi bazada BMT, Fransa və Mali hərbçiləri dislokasiya olunub.

Share: