Mançesterdə transfer savaşı

“Bavariya”nın futbolçusu David Alaba karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Qol.az “AS”a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə “Mançester Siti” və “Mançester Yunayted” maraqlanır. Bu klubların nümayəndələrin artıq Alabanın agenti Pini Zahavi ilə əlaqə saxladığı bildirilib.

Madrid “Real”ı da avstriyalı oyunçu ilə maraqlanır.

Qeyd edək ki, Alabanın “Bavariya” ilə müqaviləsi 2021-ci ilin iyunu başa çatır.

Share: