Marketdən oğurluq edənlər saxlanıldılar

Ucarda marketdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 24-dən 26-dək olan müddətdə Bərguşad kəndi ərazisindəki marketlərin birindən 385 manat, 10 min rubl və 100 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən kənd sakinləri K.Mənsimov və H.Həşimov saxlanılıblar.

Share: