Masallıda avtomobil dərəyə aşıb, 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə Güllütəpə ərazi vahidliyində, Köhnə Zuvand kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Niva” markalı avtomobil idarəetmədən çıxaraq dağlıq ərazidən dərəyə yuvarlanıb.

Qəza nəticəsində avtomobildə olan 6 nəfərdən 3-ü dünyasını dəyişib. Yaralılar təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

 

Share: