Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko yaxın zamanlarda Ermənistana gələcək.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistan parlamentinin sədri Ararat Mirzoyan paylaşıb. Bununla bərabər, o, noyabrın 5-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının iclasının olacağını bildirib.
Mirzoyan iclasa Rusiya Dumasının sədri Vyaçeslav Volodinin də qatılacağını deyib.
Qeyd edək ki, oktyabrın 1-də Rusiya Prezidenti Vladimir Putin İrəvana səfər edib.