Medvedev Zelenskini Hitlerə bənzətdi

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ukrayna Prezidenti Volodimir Zelenskini nasizm ideologiyasının banisi Adolf Hitlerə bənzədib.

 

Modern.az xəbər verir ki, Medvedev bu barədə teleqram kanalında yazıb.

 

“Baş ukraynalı kloun (Zelenskini nəzərdə tutur-red) Rusiyanın bütün əhalisini məsuliyyətə cəlb etməyi təklif edib. Son dəfə Adolf Hitler bütün xalqa qarşı belə ideyaları həyata keçirməyə çalışırdı. Ukrayna hakimiyyətinin təbiəti haqqında başqa sual var?”, – Rusiya rəsmisi növbəti dəfə Ukrayna lideri haqda sərt ifadələr işlədib.

 

Mənbə

Share: