“Medvedevin özü heç kimdir, təlxəyin birisidir, çox ağır alkoqolikdir, ciddi fiziki və psixi problemləri var…”

“Medvedev iki dəfə nümayişkaranə intihara cəhd edib. Bir dəfə özünü güllələmək istəyib, digər dəfə özünə mətbəx bıçağı ilə xəsarət yetirib…”

 

Medvedev alkoqol asılılığının çox ağır formasından əziyyət çəkir

 

Rusiyanın sabiq prezidenti, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev çox pis fiziki vəzyyyətdədir, alkoqoldan sui-istifadə edir və artıq iki dəfə intihara cəhd edib.

 

Moderator.az xəbər verir ki, bu barədə “QORDON” internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində rusiyalı siyasi analitik, tarix elmləri doktoru Valeri Solovey bəyan edib.

 

Qordon Medvedevin nədən özünü aqressiv aparması və ağlını itirib-ititməməsi barədə soruşub.

 

“Ağır, çox ağır alkoqolikdir. Çox ağır travma alıb. Onun ağır fiziki travması var”, – Solovey cavab verib.

 

Politoloq Medvedevin məhz hansı travmanı almasını dəqiqləşdirməkdən imtina edib, lakin qeyd edib ki, bu travma “onun psixi profilinə əsaslı surətdə təsir göstərib”.

“O, iki dəfə nümayişkaranə intihara cəhd edib. Biri haradasa bir həftə öncə baş verib. Sərxoş vəziyyətdə olub. Bu, bilirsinizmi, kömək harayıdır. Bir dəfə özünü güllələmək istəyib, digər dəfə özünə mətbəx bıçağı ilə xəsarət yetirib, zabit qılıncı ilə deyil, məhz mətbəx bıçağı ilə”, – Solovey deyib.

Onun məlumatına görə, Medvedev özünü şikəst etməyib, “sadəcə, özünü cırmaqlayıb”.

“Ona özünə gəlməsi üçün müvafiq dərmanlar verilib, yaraları yod və ya “zelyonka” ilə işlənib”, – politoloq məlumat verib.

O, hesab edir ki, əslində, Medvedev özünü öldürmək istəməyib, bu, bir növ kömək üçün haray və diqqəti özünə cəlb etməkdir.

“Adam bu yolla yardım istəyir. O, əslində getmək istəmir, ona görə də buna “nümayişkaranə intihar” deyilir. Lakin bu, çox ciddi və dərin psixi problemlərdən xəbər verir. Dmitri Anatolyeviçdə bunlar dəqiq mövcuddur”, – analitik buna əmindir.

Medvedevin sosial şəbəkələrdəki aqressiv postları barədə danışarkən Solovey deyib ki, əslində, onları siyasətçinin özü yazmır.

“Onun özü heç kimdir, təlxəyin birisidir. Onun məşhur postları prezident administrasiyası tərəfindən redaktə və təsdiq edilir. Yəni, düşünməyin ki, bu, azad fikirli dahinin və ya dahinin azad fikrinin yaradıcılığıdır”, – politoloq deyib.

Mənbə

Share: